|
|
Gürcüstanın bütün məscidlərindən Qazi Qarabağ azanı səslənibCümə günü, mayın 2-də, Gürcüstan ərazisində yerləşən bütün məscidlərdən Qazi Qarabağ azanı səslənib.
İslam.az-a bu barədə Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramil İgidov məlumat verib.
Xatırladaq ki, Qazi Qarabağ azanı Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından əvvəl Ağdam və Şuşadakı "Cümə" məscidlərində səsləndirilən son azandır.
20 ildən sonra Azərbaycandakı dini icmaların irəli sürdüyü təşəbbüslə bu azanın cəhbə bölgəsində səsləndirilməsi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənmişdir. 2013-cü ilin fevral ayının 22-də Ağdamın Çəmənli kəndində, cəbhə bölgəsinin 2 kilometrliyində yerləşən "Cümşüd" məscidində səsləndirilmişdir. Bu tədbir Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, "Xocalıya Ədalət" Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin dəstəyi ilə "Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə" kampaniyası çərçivəsində keçirilmişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2014 09:42 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |