4 May, 2014
Gürcüstanın bütün məscidlərindən Qazi Qarabağ azanı səslənib
Cümə günü, mayın 2-də, Gürcüstan ərazisində yerləşən bütün məscidlərdən Qazi Qarabağ azanı səslənib.
İslam.az-a bu barədə Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramil İgidov məlumat verib.
Xatırladaq ki,  Qazi Qarabağ azanı  Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından əvvəl Ağdam və Şuşadakı "Cümə" məscidlərində səsləndirilən son azandır.
20 ildən sonra Azərbaycandakı dini icmaların irəli sürdüyü təşəbbüslə bu azanın cəhbə bölgəsində səsləndirilməsi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənmişdir. 2013-cü ilin fevral ayının 22-də Ağdamın Çəmənli kəndində, cəbhə bölgəsinin 2 kilometrliyində yerləşən "Cümşüd" məscidində  səsləndirilmişdir. Bu tədbir Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, "Xocalıya Ədalət" Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin dəstəyi ilə "Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə" kampaniyası çərçivəsində keçirilmişdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1959.html