|
|
Moskvada “Dünya inkişafı kontekstində Məhəmməd Peyğəmbərin (s) irsi” konfransı keçirilibRusiya paytaxtında “Dünya inkişafı kontekstində Məhəmməd Peyğəmbərin (s) irsi” adlı elmi-dini konfrans keçirilib. SalamNews-un Moskva müxbirinin verdiyi xəbərə görə, konfransın keçirilməsində məqsəd islamşünaslığın nailiyyətləri ilə tanışlıq vasitəsilə İslam tədris müəssisələrinin tələbələrinin yaradıcılıq və araşdırma potensialının inkişafıdır. İştirakçıları Rusiya Müftilər Şurasının sədr müavini, Moskva Müsəlmanları Dini İdarəsinin sədri İldar-Alyautdinov, Moskva İslam Kollecinin rektoru M.R.Arslanov və tanınmış tarixçi, dosent V.A.Əhmədullin salamlayıblar. Plenar iclasda görkəmli alimlər Rusiyada İslam tarixinin aktual məsələrini, həmçinin düşüncə və müsəlman tədrisinin inkişafı üzrə müasir tendensiyasını müzakirə ediblər. Tarixçilər V.A.Əhmədullin, M.A.Səfərov, A.F.Sadriyev, R.V.Abyanov, ərəbşünaslar F.M. Qarayev, V.V.Vasilev, A.A.Abdrahmanov, etnoloq A.V.Makarov, politoloq Ş.R.Kaşaf, pedaqoq-metodistlər Y.Z.Zamaletdinov və E.E.Volodina, iqtisadçı M.E.Kalimullina hesabatlarını təqdim ediblər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2014 15:38 ⁄ Çap
Bu bölmədə2 Avqust, 2026 Ərbəin gününün əməlləri27 May, 2026 Qurban bayramınız mübarək9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |