16 Aprel, 2014
Moskvada “Dünya inkişafı kontekstində Məhəmməd Peyğəmbərin (s) irsi” konfransı keçirilib

Rusiya paytaxtında “Dünya inkişafı kontekstində Məhəmməd Peyğəmbərin (s) irsi” adlı elmi-dini konfrans keçirilib.

SalamNews-un Moskva müxbirinin verdiyi xəbərə görə, konfransın keçirilməsində məqsəd islamşünaslığın nailiyyətləri ilə tanışlıq vasitəsilə İslam tədris müəssisələrinin tələbələrinin yaradıcılıq və araşdırma potensialının inkişafıdır.

İştirakçıları Rusiya Müftilər Şurasının sədr müavini, Moskva Müsəlmanları Dini İdarəsinin sədri İldar-Alyautdinov, Moskva İslam Kollecinin rektoru M.R.Arslanov və tanınmış tarixçi, dosent V.A.Əhmədullin salamlayıblar.

Plenar iclasda görkəmli alimlər Rusiyada İslam tarixinin aktual məsələrini, həmçinin düşüncə və müsəlman tədrisinin inkişafı üzrə müasir tendensiyasını müzakirə ediblər. Tarixçilər V.A.Əhmədullin, M.A.Səfərov, A.F.Sadriyev, R.V.Abyanov, ərəbşünaslar F.M. Qarayev, V.V.Vasilev, A.A.Abdrahmanov, etnoloq A.V.Makarov, politoloq Ş.R.Kaşaf, pedaqoq-metodistlər Y.Z.Zamaletdinov və E.E.Volodina, iqtisadçı M.E.Kalimullina hesabatlarını təqdim ediblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1876.html