|
İranda təhsil alan Azərbaycanlı tələbələr elmi dərnək yaratdıİranın Qum şəhərindəki Beynəlxalq əl-Mustafa universitetinin "Fəlsəfə" fakultəsində təhsil alan bir qrup Azərbaycanlı tələblər tərəfindən "TOFA (Tam obyektiv fəlsəfə axtarışı)" dərnəyi təsis edilib. Aypara.tv xəbər verir ki, Dərnəyin açılışını yazar və tədqiqatçı Emin İmanlı açdı. O, dərnəyin adında keçən "obyektivlik", "fəlsəfə" və "axtarış" anlayışlarını şərh edib, əqli elmlər sahəsindəki açıq və bağlı suallardan danışdı. Sonda isə fəlsəfi müzakirələrin analitik fəlsəfədə olduğu kimi üç prinsip- anlayışların aydınlığı, sübutetmə əməliyyatının riyazı ardıcıllıqla aparılması və müddəanın əsaslandığı önfərziyyələrinin təyin edilməsi əsasında aparılması zərirətindən danışdı. Dərnəkdə çıxış edən əl-Mustafa universitetinin tələbəsi Rauf İmranoğlu fəlsəfi bəhslərin zərurət və ciddiliyindən, sübut mexanizminin riyazı olmasından söz açdı. Sonda isə, fəlsəfə fakultəsinin tələbəsi Xəyal Tofiqoğlu fəlsəfi elmlərin metodologiyasından və bu elmlərdə irəli sürülən problemlərin düzgün bir şəkildə irəli sürülməsi zərurətindən danışdı. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2014 17:40 ⁄ Çap
Bu bölmədə23 Sentyabr, 2023 İnsan özünü necə tanıya bilər?..21 Sentyabr, 2022 Sədəqə Allahın qəzəbini yatırar22 Avqust, 2018 Qurban bayramı - Tohidin qələbəsi |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |