إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mehdi(ə.f)nin zühuru üçün edilən dua insanın nicatına səbəb olar

İmam Zamanın (ə) zühurunun tezləşməsinə duaçı olan şəxs Allahın sayəsi altına daxil olar və O həzrətə duasını bitirənədək Allahın ona rəhməti nazil olar.

Aydındır ki, digər insanlardan daha çox İmam Zamanın (ə) bizlərin boynunda haqqı var. Böyük din alimi Seyid Məhəmmədtəqi Musəvi İsfahaninin (1303-1348 h.q) dəyərli "Mikyalul-məkarim" kitabı həzrət İmam Zamanın (ə) haqqını əda etmək niyyətilə qələmə alınıb.

Bu kitab ilk öncə ərəb dilində yazılıb. Kitabın girişində deyilir: "O həzrətin haqqını əda edə bilmədiyimz üçün və O həzrətin bizlərə verdiyi feyzlərin layiqincə şükrünü yerinə yetirə bilmədiyimiz üçün əlimizdən gələn qədər O imamın haqqını əda etmək bizlərə vacibdir... İmamın intizarını çəkmək, fərəcin tezləşməsi üçün dua etmək, o həzrətin razılığına səbəb olan əməllərə önəm vermək və özünü İmama yaxınlaşdırmaq qeyb dövrünün ən gözəl əməlləridir".

İmam Zamana (ə) dua etməyin xeyirli cəhətlərindən biri İmam Zamanın (ə) o şəxsə dua etməsidir.O həzrətin duası Ona dua edən şəxsin qəm-qüssəsinin aradan getməsinə səbəb olur, çünki İmam Zamanın (ə) dostlarının qəmlənməsi O həzrəti də qəmləndirir və şübhəszi ki, bu halda İmam o şəxsə dua edir.

Bu əsasla dostların o həzrəti sevməsi və ona bağlanması gərəklidir və həmçinin İmam Zamanın (ə) qəm-qüssəsinin getməsi üçün dua etmək gərəklidir, bunlardan əlavə bəzən İmamın qəmlənməsi dostlarının da qəmlənməsinə səbəb olur; bu halda O həzrəti dua etmək daha da mühümdür.

Yəni bu dua (İmamın zühurunun tezləşməsi üçün dua) işlərinizin düzəlməsinə və hər bir çətinlik və qüssədən rahat olmağınıza səbəb olur.

Çətinliyə düşən zaman(hətta asudəlik zamanı belə) zühurun tezləşməsinə dua etmək tövsiyə edilir və bu:

1- O həzrətin sizi dua etməsinə səbəb olur.

2- Mələklərin dua etməsinə səbəb olur, çünki mələklər hüzurunuzda olmayan mömin barəsində dua edən şəxsə dua edirlər və duaları da inşaallah qəbuldur.

3- İmam Zamanın (ə) Öz duası: Zühurun tezləşməsinə çox dua edin ki,bu sizin nicatınızdır".

4- İmam Zamana (ə) dua etmək bir növ İmama təvəssül etmək deməkdir və İmam Zaman (ə) da çətinliklər və bəlalardan qurtarmaq üçün bir nicat vəsiləsidir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Aprel, 2014  15:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!