إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Səadət qarşısında olan maneələr

İnsanlar çox zaman qarşılaşdıqları maneələrin,uğursuzluqların səbəbini kənarda axtarmağa vərdiş edirlər.Lakin bu maneələrin əsl səbəbinə diqqət yetirilsə və onlar aradan qaldırılarsa biz səadətin bir addımlığıda olduğumuzu aydın görərik.Gündəlik həyatdakı gərginliksə insanın mənəvi durumuna təsirsiz ötüşmür.Bu səbəblərdən bir neçəsini qeyd etmək istərdik


1.Utancaqlıq inkişafa maneədir

“Müşk odur ki, özü ətir saçsın, nəinki əttar deyə.”

Əgər bütün dünya desə ki,sən istedadlısan, əgər zehnində olan rəy və fikrin dəyişməzsə, inkişaf edə bilməzsən.
Digərləri sizə baxmaqla və ya rəftarlarınızdan sizin istedadlı olmağınızı bilməyəcək.

lakin utanc hissi insanın həya və ismət pərdələrini aradan qaldıracaq səbəblərə şamil olmamalıdır.

2.Qorxu istedada maneədir

İnsanın etiqadlı olmasına əsas maneə qorxudur. Digərləri haqda qəzavət etmək qorxusu, rədd olmaq qorxusu. Müvəffəq olmamaq qorxusu səbəb olur ki, siz düz olan bir şeyə imanınız olsa da, o işi görə bilmirsiniz.

Unutmaq olmaz ki,insan ona verilmiş dəyərli həyatını qormazlıq və şücaət kimi dəyərlər altında təhlükə və çətinliklərə sala bilməz.

3.Xəyal həqiqətə maneədir

İnsanı xəyalsız təsəvvür etmək olmaz.Bu xəyallar reallığı əks etdirməyən uzun arzulardan ibarət olarsa o zaman insan qəflət halına düşərək bu xəyallardan uzaqlaşa bilməyəcək və həyatda qarşılaşdığı çətinliklər zamanı düzgün seçim qarşısında çətinlik çəkəcək.

4.Bədbinlik şad olmağa maneədir

İnsanın bədbin olması həm özünün, həm də yaxınlarının həyatını acı edir. Bu cür insanlar ən yaxşı qəsrlərdə, eləcə də gözəl evlərdə divarların çatlamasını güşünər.Bu yaşayış özündən başqa heç kimə çətin deyil.

5.Xudbinlik ünsiyyətə maneədir

İnsanlar həyatda digərləri ilə qarşılıqlı əlaqəyə bağlıdır.Biz məcburuq digərləri ilə ünsiyyət və gözəl münasibətlər yaradaq.Amma heç kim xudbin biri ilə ünsiyyətdə olmaq istəməz

6.Şikayət təşəbbüsə manedir

O kəs ki, daim müqəssir, şikayət və digərlərini acılamaq fikrindədir,daim təlaş içində olur və müqəssir axtarır.
Bu asanlıqla həyatınızı əldən verməyin.

7.Özünü böyük görmək sevilməyə maneədir

Bütün insanlar istəyirlər ki, digərlərinin nəzərində gözəl şəkildə görünsünlər ,onlara ehtiram olunsun və sevilsinlər.Özümüzü qüdrətli və üstün göstərməklə digərlərini bezdirmiş oluruq və özümüzdən uzaqlaşdırırıq.

8.Adət etmək dəyişikliyə maneədir

Adət dəyişikliyə maneədir. Bu iş bais olur ki, illərlə bir məkanda, zamanda və şəraitdə qalaq.Bəzənsə insanlar kompleksizlik məfhumu altında adətlari pozmaq əvəzinə digər adətlərəmübtəla olur ki,bu birincidən daha təhlükəlidir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Mart, 2014  12:23 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!