|
|
Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) nazir Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.İƏT ilə fəal əməkdaşlıq bundan sonra da uğurla gedəcək Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) nazir Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.İyad bin Amin Mədəninin ölkəmizə səfərindən məmnunluğunu dilə gətirən E.Məmmədyarov bunu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan nazir əməkdaşlığın bundan sonra da uğurla gedəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə ölkəmiz ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin daha da genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təşkilata üzv olan ölkələrin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlığının əhəmiyyəti qeyd olunub, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı islam ölkələrinin vahid mövqedən çıxış etmələrinin önəmi diqqətə çatdırılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2014 13:07 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |