6 Mart, 2014
Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) nazir Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

İƏT ilə fəal əməkdaşlıq bundan sonra da uğurla gedəcək

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) nazir Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.İyad bin Amin Mədəninin ölkəmizə səfərindən məmnunluğunu dilə gətirən E.Məmmədyarov bunu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan nazir əməkdaşlığın bundan sonra da uğurla gedəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə ölkəmiz ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin daha da genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təşkilata üzv olan ölkələrin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlığının əhəmiyyəti qeyd olunub, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı islam ölkələrinin vahid mövqedən çıxış etmələrinin önəmi diqqətə çatdırılıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1748.html