|
Hər nə əldə etmişəmsə atamın duası sayəsindədirBöyük alim və arif mərcei-fəqid Seyyid Şəhabəddin Mərəşi Nəcəfi(r) nəql edir ki, Nəcəf şəhərində olduğumuz zaman bir gün anam mənə dedi ki, get atanı çağır gəlsin nahar eləsin. Evimizin ikinci mərtəbəsinə qalxıb atama naharın verildiyini bildirmək istəyirdim ki, gördüm yatıb. Bilmədim nə edim?! Bir tərəfdən Allah-təala buyurur ki, ananın sözünə itaət et, digər tərəfdən də atamı oyatsam narahat edə bilərdim. Əyilib atamın ayaqlarını öpməyə başladım. Atam yuxudan oyandı və dedi: "Şəhabəddin, sənsən?" Dedim bəli ağam. Əllərini göyə qaldırıb belə dua etdi: "Oğlum, Allah izzətini artırsın və səni Əhli-Beytin(ə) xadimlərindən qərar versin!". Mən nə əldə etmişəmsə məhz atamın həmin duası sayəsində əldə etmişəm. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2013 05:34 ⁄ Çap
Bu bölmədə23 Sentyabr, 2023 İnsan özünü necə tanıya bilər?..21 Sentyabr, 2022 Sədəqə Allahın qəzəbini yatırar22 Avqust, 2018 Qurban bayramı - Tohidin qələbəsi |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |