إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edilib

Standart bayrağın istehsalı və ya hazırlanması zamanı istifadə olunan parçaların, kağızların və digər elastik materialların keyfiyyətinə dair texniki tələbləri, habelə bayrağın sınaq üsulları, markalanması, saxlanılması, daşınması və s. kimi tələbləri özündə əks etdirir.

Ahlibeyt.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 001-2006 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı əvəzinə yenilənmiş AZS 001-2023 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

Standartda sözügedən tələblərlə yanaşı, bayrağın utilizasiyasına dair tələblər də mövcuddur. Belə ki, bayraq istifadəyə yararsız olduğu hallarda dəyişdirilməlidir. Yararsız olsa belə, dövlət rəmzi sayılan bayraq zibil qutusuna atıla bilməz. Dövlət Bayrağı cırıldıqda, söküldükdə, rəngi solduqda və  istifadəyə yararlı vəziyyətdə olmadıqda, yararsız hala düşmüş bayrağın qanunvericiliyin tələbləri pozulmadan utilizasiyası zamanı ona ehtiram göstərməklə rənginə görə üç bərabər zolağa kəsilməli,  qırmızı zolaq dörd hissəyə kəsilməklə bayrağa bənzəməyən zolaqlar utilizasiya edilməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağının ümumi, rəngli və sxematik təsviri, habelə ölçülərinə dair tələblər “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu ilə tənzimlənir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Noyabr, 2023  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!