إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gecə Ay tutulması müşahidə ediləcək - Ayət namazının qılınma qaydası

Bu gün ilin son Ay tutulması müşahidə ediləcək.

 

Oktyabrın 28-də 2023-cü ilin son Ay tutulması hadisəsi baş verəcək. Bu tutulma qismən Ay tutulması olacaq.

Ahlibeyt.az-ın Şamaxı Astrofizika Rəsədxanasının mətbuat xidmətinə istinadən məlumatına görə, tutulma Bakı vaxtı ilə saat 22:01-də başlayacaq, saat 02:26-da isə sona çatacaq. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınacaq.

Qeyd edək ki, cari ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olacaq.

Ay tutulması müşahidə vaxtı saat Azərbaycan üfüqünə uyğun olaraq saat 22:01-dən – 02:26-ya qədər vacib nyyəti ilə ayət namazı qılınmalıdır. Bu vaxt ərzində namaz qılınmazsa qəza niyyəti ilə yerinə yetirilməlidir.

Ayət namazının qılınma qaydası

Ayat namazı iki rükətdir, hər rükətində beş rüku vardır:

Niyyətdən sonra təkbir (Allahu Əkbər) demək, bir dəfə Həmd surəsini və başqa bir bütöv surəni oxumaq, rükuya getmək və rükudan qalxdıqdan sonra təkrarən Həmd və bütöv surəni oxumaq, sonra yenidən rükuya getmək və bu eyni ilə beş dəfə təkrarlanmalıdır. Beşinci rükudan qalxdıqdan sonra iki səcdə etmək, daha sonra ayağa qalxaraq ikinci rükəti də eyni ilə birinci rükət kimi yerinə yetirmək, sonda təşəhhüd oxumaq və salamı demək lazımdır.

Qeyd edək ki, "Ayət namazı"nın digər qaydaları da mövcuddur ki, onlar barədə məlumat almaq istəyənlər bu barədə qeyd olunan digər mənbələrə müraciət edə bilərlər.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2023  10:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!