|
“Dövlət və Din” ictimai fikir toplusunun rəsmi internet saytı üç dildə istifadəyə verilibAzərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) elmi nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun 2023-cü ildə ikinci sayı dərc olunub və jurnalın rəsmi internet saytı istifadəyə verilib.
Ahlibeyt.az-ın DQİDK-nın mətbuat xidmətinə istinadən məlumatına görə, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanına əsasən “Dövlət və Din” ictimai fikir toplusu bu ildən elektron jurnal formatına keçib. “Dövlət və Din” jurnalı 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilib. Buna görə də jurnal öz fəaliyyətini AAK-ın qərarları və beynəlxalq standartlara uyğun qurub. Dövri elmi nəşrlərin elm sahələrinə uyğun olaraq, müəyyən olunmuş beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin (bazalarının) ən azı birinə daxil edilmələri barədə AAK-ın tələbinə uyğun olaraq, ötən ildən etibarən “Dövlət və Din” jurnalının müvafiq sayları sözügedən indeks sistemlərindən “Directory of Research Journals İndexing” (DRJİ), “Academia.edu” və Rusiya Elmi Sitatgətirmə İndeksinə (РИНЦ - library.ru) daxil edilib. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Əlcəzair, ABŞ kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir. 2015-ci ildən mütəmadi olaraq işıq üzü görən jurnalın hazırda 76-cı sayı dərc olunub. Tədqiqatçılarla yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş jurnalın bu sayında Azərbaycan, türk və rus dillərində din psixologiyası, sosiologiyası və tarixi, etnik mədəniyyət və tolerantlıq, Azərbaycan tarixi və maarifçilik fəaliyyəti kimi mövzulara yer verilib. Məqalələrlə üç dildə fəaliyyət göstərən https://www.dovlet-din.az/az saytında tanış olmaq mümkündür. Hazırda jurnalın bu il üçün nəzərdə tutulan sonuncu — 3-cü sayına məqalələrin qəbulu açıqdır. Qeyd edək ki, sayt azərbaycan, rus və ingilis dillərində istifadəyə verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2023 10:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |