|
Rus işğalı dövrüÇar hökuməti müsəlmanların İran və ya Osmanlıya qoşulması təhlükəsinin qarşısını almaq üçün bir neçə istiqamətdə iş aparırdı XIX əsrin əvvəllərindən başlayaraq Çar Rusiyası Azərbaycan xalqlarını işğal etməyə başladı. 1813-cü ildə birinci Rus-İran müharibəsi bitdikdən sonra Qarabağın Gülüstan kəndində iki ölkə arasında imzalanan müqaviləyə əsasən Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki xanlıqları Qacar İranın tərkibindən çıxıb Rusiya tabeçiliyinə keçir. 1828-ci ildə ikinci Rus-İran müharibəsi nəticəsində imzalanan Türkmənçay müqaviləsinə əsasən isə İrəvan və Naxçıvan xanlıqları da Rus imperiyasına verilir. Ruslar iki müsəlman dövləti – İran və Osmanlı ilə sərhəddə yerləşən Azərbaycan xalqının müsəlman olmasından çox narahat idilər. Çar hökuməti müsəlmanların İran və ya Osmanlıya qoşulması təhlükəsinin qarşısını almaq üçün bir neçə istiqamətdə iş aparırdı. Birincisi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi təsis olundu. Qurumun başçısı sayılan şeyxülislam şiələrə, onun müavini müfti isə sünnülərə dini rəhbərlik etməli idi. Bununla şar Rusiyası ölkədə sünnü-şiə bölgüsünü daha da dərinləşdirir və dini prosesləri nəzarətinə keçirirdi. Daha sonra Azərbaycana çoxlu sayda erməni alilələri köçürülməyə başladı ki, bu da ölkədə Ruslara dəstək olacaq xristian qüvvəsinin yaradılması demək idi. Əsasən Qarabağ və İrəvana köçürülən ermənilər yavaş-yavaş bu əraziləri erməniləşdirirdi. Digər mühüm məsələ Azərbaycan müsəlmanlarının xristianlaşdırılması idi. Bu prosesin ən böyük qurbanı ingiloylar oldu. Müsəlman ingiloylar zorla xristian dinini qəbul etdilər daha sonra isə Gürcü kilsəsinə tabe oldular. Eyni zamanda Alban kilsəsi ləğv edildi və Erməni kilsəsinə birləşdirildi. Ancaq yuxarıda sadalanan hərəkətlər Azərbaycan müsəlmanlarının qiyamlarına səbəb olurdu. Mütəmadi olaraq dindarlar Rus işğalına qarşı etiraz edir və üsyanlar hazırlayırdılar. Əhalinin xüsusi narazılığına səbəb olan əməllərdən biri də Bakı ilə bağlı idi. Bakı şəhəri neftlə zəngin olduğundan Rusiya bura xüsusi önəm verirdi. Bakı neftini satmaqla böyük pullar əldə edən çar hökuməti Bakıya çoxlu sayda erməni, rus və yəhudilərin köçürülməsi planını həyata keçirirdi. Ölkə ziyalıları Rusiya və Avropaya təhsil almaq üçün göndərilir sonra isə Avropa və rus mədəniyyətinin Azərbaycana gətiridilər. Özlərini ruslarla müqayisədə əskik sayan ziyalılar hətta doğma dillərində belə danışmazdılar, İslam dininə qarşı çıxardılar və xristianlığı qəbul edərdilər. Cəmiyyətdə yüksək mövqe tutmaqla, müxtəlif nəzrlər vasitəsi ilə təbliğ etməklə bir qrup yazıçı və alimlər xalqa Rus əsarətinin müsbət bir amil, inkişafın zəmanəti kimi təqdim edirdilər. Digər tərəfdən din alimləri ölkədən qaçmaq məcburiyyətində olduğundan və yaxud onların fəaliyyəti nəzarətdə saxlanıldığından din sahəsi cahil mollaların nəzarətinə keçdi. İnsanları mövhumatçılığa, avamlığa dəvət etməklə bu cür dindarlar vəziyyəti daha da pisləşdirirdilər. Oxumaq və savadlanmaq istəyən gənclərə maneçilik törədən avam ruhanilər onların rus təbliğatının qurbanlarına çevirirdilər. Ancaq bir çox ziyalılar da şəraiti düzgün qiymətləndirə bilirdi. Onlar anlayırdılar ki, əhali arasında avamlıq və savadsızlığın səbəbi mədəniyyətdə, milli-mənəvi dəyərlərdə deyil, İslama səhv yanaşmadadır. Onlar Rusiyanı tərəqqi və işıqlı gətirən qüvvə deyil, işğalçı bir qüvvə olduğunu anlayırdılar. Ona görə də çar hökuməti tərəfindən repressiyalara məruz qalırdılar. Artıq XIX əsrin ortaları və XX əsrin əvvəllərində Azərbaycan ziyalıları üç cərəyana bölünmüşdülər: ruspərəst, islamçı və millətçilər. Millətçilər Osmanlı dövlətində yaranmış pantürkizm ideyalarını qəbul edirdilər. Onların fikrincə, Rusiyada yaşayan bütün türk xalqalrı gec-tez Osmanlı dövləti ilə birləşməlidir. Daha sonra bu iddialar Rus imperiyası sərhədlərində mədəni muxtariyyatla məhdudlaşdı. İslamçılar isə İslami dəyərlərin dirçəlməsi, dinin düzgün təbliğ olunması və Rus imperiyasında yaşayan müsəlman xalqlarının hüquqları uğrunda mübarizə aparırdılar. İlkin dövrdə islamçılar bütün müsəlmanların birləşməsini, ümumdünya müsəlman dövlətinin yaranmasını istəsələr də, sonralar bu fikirdən döndülər. Artıq Birinci Dünya müharibəsi ərəfələrində demək olar ki, islamçı və türkçülər eyni mövqedən çıxış edirilər və Rus imperiyası çərçivəsində mədəni muxtariyyət tələb edirdilər. Ziyalılar çar hökumətində siyasi mübarizəyə qalxdılar. Belə ki, onlar dövlət dumasında təmsil olunmaq hüququnu əldə etdilər, daha sonra isə müsəlman deputatların sayının artmasına nail oldular. Dini cəhətdən pərakəndilik əhalinin hansısa dini hərəkata birləçməsinə mane olurdu. Ayrı-ayrı ruhanilər çara qarşı lokal xarakterli qiyam etsələr də üsyanlar yatızdırılırdı. Buna görə də bir çox ruhanilər siyasi mübarizəyə qatılmış ziyalılara dəstək verirdilər. Azərbaycan cəmiyyətinin həmin dövrdə səciyyələndirən xüsusiyyətlərdən biri də milyonçuların aktiv fəaliyyəti idi. Burada əcnəbi neft milyonçuları ilə yanaşı azərbaycanlı milyonçular da var idi. Ancaq yerli milyonçular o zaman bütün Rusiya imperiyasında olduğu kimi xeyriyyə işləri də görürdülər. Xəstəxanalr, məktəblər tikilir, gənclər təhsil almaq üçün xaricə göndərilirdi. Eyni zamanda ədəbiyyat və incəsənət də inkişaf edirdi. İstedadlı gəncələr Peterburqa cəlb olunurdu və orada qalırdılar. Ancaq bütün bunlar çar hökuməti tərəfindən Rus işğalının möhkəmlənməsinə istiqamətləndirilirdi. Hətta şəhərdə bir xeyriyyəçi məscid tikmək istəsəydi ona maneələrə yaradılırdı, ən yaxşı halda şəhərin kənarında bir yer ayırılırdı. Əksinə Bakının mərkəzində rus və erməni kilsələri, yəhudi sinaqoqları inşa edilirdi. Bütün səylərə rəğmən, müsəlmanlara qarşı ayrıseçkilik siyasəti aparılırdı. Məsələn, onlar orduda xidmət edə və ya özləri ilə silah daşıya bilməzdilər. Rusların və ermənilərin ölkədə ağalıq eləmələri bu iki milli azlığın Azərbaycan siyasi həyatında müsəlmanlardan daha çox iştirak etmələri ilə özünü büruzə verirdi. Bu siyasətin nəticəsində 1917-ci ilin martında erməni daşnaklar müsəlman xalqına hücumu etdi, rus hökumətinin dəstəyi ilə qətliam törətdi, müsəlmanlar isə silahsız olduğundan özlərini müdafiə edə bilmirdilər. Bu soyqırımı törədənlər cəzasız olaraq da qaldılar. Rusiyanın kiçik xalqların assimiliyasiyasına xidmət edən planlardan biri də, 1917-ci ildə Cənubi Qafqaz ölkələrini mərkəzi Tiflisdə olan vahid Zaqafqaziya vilayətinə birləşdirməsi oldu. Ancaq bu plan uğursuzluqla nəticələndi. 1917-ci ildə Peterburqda bölşeviklər dövlət çevirilişi edəndə Zaqafqaziya iki yol qarşısında qaldı – ya bolşeviklərin hökumətini qəbul etmək ya da imperiyadan ayrılmaq. 1918-ci ildə Azərbaycan, Gürcüstan və ermənilər ikinci yolu seçdilər. Zaqafqaziyanın vahid dövlət kimi qalıb-qalmayacağı barədə tam qərar verilməmişdən 1918-ci ilin may ayının 26-sı Gürcüstan öz müstəqilliyini elan etdi. Ermənilər və azərbaycanlıar da eyni addımı atmağa məcbur oldular. Ermənilərin özlərinə paytaxt seçə biləcəyi şəhər Osmanlı tərəfindən işğal olunduğuna görə onlar Azərbaycanla İrəvan və Qarabağ üstündə müharibəyə başladılar. Müharibə aparmaq istəməyən Azərbaycan Xalq Cumhuriyyəti İrəvanı Qarabağdan iddialarını geri çəkib müharibəyə son qoymaq şərtilə İrəvanı ermənilərə güzəşt etdi. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2009 01:38 ⁄ Çap
Bu bölmədə12 Sentyabr, 2016 Bayramınız mübarək - Bu gün Mübarək Qurban bayramıdır6 Sentyabr, 2016 İmam Rza(ə)hərəmi rəhbərliyi İlahiyyatçı alim Hacı Şahin Həsənliyə “Müqəddəs Hərəmin Xidmətçisi” fəxri nişanı təqdim etdi - Foto25 Fevral, 2015 Eyni qibləyə ibadət edənlərin davası13 Fevral, 2015 Məzhəblər bir-birini tanımalıdır |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |