|
“Məktəbli Ekokönüllü” layihəsi ictimaiyyətə təqdim olunacaq.Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olan “Məktəbli Ekokönüllü” layihəsi ictimaiyyətə təqdim olunacaq. Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olan “Məktəbli Ekokönüllü” layihəsi ictimaiyyətə təqdim olunacaq. Ahlibeyt.az AzEdu.az-a istinadən xəbər verir ki, “Məktəbli Ekokönüllü” layihəsi şagirdlərə ətraf mühitlə bağlı bilikləri aşılamaqla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Qala qəsəbəsində “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinə dəstək olacaq. Layihə məktəblilərin iştirakı ilə qəsəbədə ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması istiqamətində daha da uğurlu nəticələrin əldə edilməsinə şərait yaradacaq. Qala qəsəbəsində bir neçə orta məktəbdən başlayacaq “Məktəbli Ekokönüllü” layihəsinin gələcəkdə daha da genişləndirilməsi və bütün ölkə məktəblərini əhatə etməsi nəzərdə tutulur. İlkin olaraq Qala qəsəbəsində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəb mərkəz olmaqla, Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki 216, 185, 92, 323 nömrəli məktəblər layihəyə cəlb olunub. Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin aradan qaldırılması istiqamətində birgə fəaliyyəti, şagirdlərə “yaşıl düşüncə”nin aşılanmasını, sosial məsuliyyət, öyrətmə və tətbiq etmə bacarıqlarına sahib vətəndaş yetişdirmək missiyasını qarşısına məqsəd qoyan layihənin təqdimat mərasimi oktyabrın 8-i saat 11:00-da “Tullantıdan sənətə” muzeyində keçiriləcək. Qeyd edək ki, "Məktəbli Ekokönüllü" layihəsinin rəhbəri Qala qəsəbəsində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbin müəllimi Nofəl Şirinovdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2022 14:21 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |