|
|
İrəvanın XVIII əsr sosial-iqtisadi, demoqrafik və toponimik mənzərəsinə dair kitab nəşr edilibAMEA -nın A.Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseynin “1727-ci il tarixli Rəvan Livası müfəssəl təhrir dəftəri” kitabı nəşr olunub. Ahlibeyt.az xəbər verir ki, bu barədə institutun mətbuat xidməti məlumatında bildirilib. Kitabın elmi redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri tarix elmləri doktoru, professor Şahin Fərzəliyev, tarix elmləri doktoru, dosent Tofiq Nəcəflidir. İnstitutun Elmi Şurasının qərarı ilə nəşr edilmiş kitabda İrəvan əyalətinin 1727-ci il tarixli müfəssəl təhrir dəftərinin qismən tərcümə və transliterasiyası təqdim olunur. Bu tarixi sənəd XVIII əsrin əvvəllərində Osmanlı dövlətinin Azərbaycanın şimal-qərb vilayətlərini öz hakimiyyəti altına aldığı dönəmdə tərtib edilib. İrəvan əyalətinin sosial-iqtisadi, demoqrafik və toponimik mənzərəsini əks etdirən bu Osmanlı qaynağının nəşrindən mütəxəssislər və Azərbaycan tarixi ilə maraqlanan oxucular faydalana bilərlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Sentyabr, 2022 08:46 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |