
AMEA -nın A.Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseynin “1727-ci il tarixli Rəvan Livası müfəssəl təhrir dəftəri” kitabı nəşr olunub.
Ahlibeyt.az xəbər verir ki, bu barədə institutun mətbuat xidməti məlumatında bildirilib.
Kitabın elmi redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri tarix elmləri doktoru, professor Şahin Fərzəliyev, tarix elmləri doktoru, dosent Tofiq Nəcəflidir.
İnstitutun Elmi Şurasının qərarı ilə nəşr edilmiş kitabda İrəvan əyalətinin 1727-ci il tarixli müfəssəl təhrir dəftərinin qismən tərcümə və transliterasiyası təqdim olunur. Bu tarixi sənəd XVIII əsrin əvvəllərində Osmanlı dövlətinin Azərbaycanın şimal-qərb vilayətlərini öz hakimiyyəti altına aldığı dönəmdə tərtib edilib. İrəvan əyalətinin sosial-iqtisadi, demoqrafik və toponimik mənzərəsini əks etdirən bu Osmanlı qaynağının nəşrindən mütəxəssislər və Azərbaycan tarixi ilə maraqlanan oxucular faydalana bilərlər.