|
|
Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər təqdim edilibAMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) beynəlxalq əlaqələrin genişlənməsi çərçivəsində “Из Азербайджана На Фронт. История Южной Трассы Ленд-Лиза” (В.Филиппов) (Azərbaycandan cəbhəyə) və “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” (100 years Diplomatic Service Republic of Azerbaijan. M.Sultanov) adlı nəşrlər daxil olub. Ahlibeyt.az-ın xəbərinə görə, MEK-in məlumatında bildirilib ki, hər iki kitab Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşəbbüsü ilə MEK-ə təqdim olunub. “Azərbaycandan cəbhəyə” kitabı 1941-1945-ci illərdə lend-liz proqramı çərçivəsində İran və Azərbaycan vasitəsilə ABŞ-dan SSRİ-yə hərbi texnikanın tədarükü və tranzit yüklərin daşınmasının təşkilinə dair tarixi-publisistik nəşrdir. Kitabın müəllifi aviasiya tarixçisi Vyaçeslav Filippovdur. Ölkəmizin Küveytdəki səfirliyinin I katib-konsulu Mirdavud Sultanovun müəllifi olduğu “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” kitabında Azərbaycan diplomatiyasının müstəqillik dövründə əsas vəzifə və prioritetləri, dünya ölkələri ilə münasibətləri və digər məlumatlar öz əksini tapıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Avqust, 2022 13:45 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |