23 Avqust, 2022
Mərkəzi Elmi Kitabxanaya yeni nəşrlər təqdim edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) beynəlxalq əlaqələrin genişlənməsi çərçivəsində “Из Азербайджана На Фронт. История Южной Трассы Ленд-Лиза” (В.Филиппов) (Azərbaycandan cəbhəyə) və “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” (100 years Diplomatic Service Republic of Azerbaijan. M.Sultanov) adlı nəşrlər daxil olub.

Ahlibeyt.az-ın xəbərinə görə, MEK-in məlumatında bildirilib ki, hər iki kitab Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşəbbüsü ilə MEK-ə təqdim olunub.

“Azərbaycandan cəbhəyə” kitabı 1941-1945-ci illərdə lend-liz proqramı çərçivəsində İran və Azərbaycan vasitəsilə ABŞ-dan SSRİ-yə hərbi texnikanın tədarükü və tranzit yüklərin daşınmasının təşkilinə dair tarixi-publisistik nəşrdir. Kitabın müəllifi aviasiya tarixçisi Vyaçeslav Filippovdur.

Ölkəmizin Küveytdəki səfirliyinin I katib-konsulu Mirdavud Sultanovun müəllifi olduğu “100 il Azərbaycan Respublikasının Diplomatik Xidməti” kitabında Azərbaycan diplomatiyasının müstəqillik dövründə əsas vəzifə və prioritetləri, dünya ölkələri ilə münasibətləri və digər məlumatlar öz əksini tapıb.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11766.html