|
|
“Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq konfransa məqalə qəbul olunurAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransa məqalə qəbulu aparılır. Ahlibeyt.az xəbər verir ki, bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, beynəlxalq konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil olunacaq. Konfransda iştirakla bağlı məlumat və məqalə avqustun 28-dək elektron formatda medeniirs2022@gmail.сom ünvanına göndərilməlidir. Məqalənin tərtib edilməsi qaydaları və beynəlxalq konfrans haqqında ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür. “Şuşa İli” çərçivəsində oktyabrın 28-də təşkil olunacaq konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Avqust, 2022 09:45 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |