22 Avqust, 2022
“Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq konfransa məqalə qəbul olunur

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransa məqalə qəbulu aparılır.

Ahlibeyt.az xəbər verir ki, bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib.

Bildirilib ki, beynəlxalq konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil olunacaq.

Konfransda iştirakla bağlı məlumat və məqalə avqustun 28-dək elektron formatda medeniirs2022@gmail.сom ünvanına göndərilməlidir. Məqalənin tərtib edilməsi qaydaları və beynəlxalq konfrans haqqında ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür.

“Şuşa İli” çərçivəsində oktyabrın 28-də təşkil olunacaq konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11753.html