|
|
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı məktubu ünvanlayıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Ahlibeyt.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə bağlı kədərləndiyini bildirib. Prezident İlham Əliyev bu ağır faciə ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Qeyd edək ki, Türkiyənin Qaziantep vilayətində baş verən zəncirvari avtomobil qəzası nəticəsində azı 15 nəfər ölüb, 20-dən çox yaralı var. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Avqust, 2022 10:45 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |