
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Ahlibeyt.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə bağlı kədərləndiyini bildirib.
Prezident İlham Əliyev bu ağır faciə ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Qeyd edək ki, Türkiyənin Qaziantep vilayətində baş verən zəncirvari avtomobil qəzası nəticəsində azı 15 nəfər ölüb, 20-dən çox yaralı var.