|
|
Qarabağ və Şərqi Zəngəzurun coğrafiyası ilə bağlı yeni nəşr çapdan çıxıbAkademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri olan “Qarabağ və Şərqi Zəngəzurun coğrafiyası: təbii-coğrafi şərait və sosial-iqtisadi inkişaf potensialı” adlı kitab işıq üzü görüb. Ahlibeyt.az xəbər verir ki, bu barədə İnstitutun məlumatında bildirilib. Nəşrin baş redaktoru institutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov, elmi redaktorları coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Mirnuh İsmayılov və Zaur İmranidir. İnstitut kollektivinin birgə əməyinin nəticəsi olan monoqrafiya 10 fəsildən ibarətdir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazisinin coğrafi mövqeyinin təbii şəraitə və sosial-iqtisadi inkişafa təsirini, müasir fiziki və iqtisadi-coğrafi problemlərini, eləcə də tədqiq tarixi və toponimikasını ətraflı işıqlandıran bu əsər fundamental və tətbiqi xarakter daşıyır. Ərazidə demoqrafik inkişafın əsas meyilləri və regional xüsusiyyətlərin geniş təhlili, əhali sayının və təbii artımın dinamikasının faktiki rəqəmlərə əsaslandırılması, təsərrüfatın müasir vəziyyəti və perspektiv inkişaf istiqamətlərinin araşdırılması əsərin elmi əhəmiyyətini daha da artırır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Avqust, 2022 08:30 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |