10 Avqust, 2022
Qarabağ və Şərqi Zəngəzurun coğrafiyası ilə bağlı yeni nəşr çapdan çıxıb

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri olan “Qarabağ və Şərqi Zəngəzurun coğrafiyası: təbii-coğrafi şərait və sosial-iqtisadi inkişaf potensialı” adlı kitab işıq üzü görüb.

Ahlibeyt.az xəbər verir ki, bu barədə İnstitutun məlumatında bildirilib.

Nəşrin baş redaktoru institutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov, elmi redaktorları coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Mirnuh İsmayılov və Zaur İmranidir.

İnstitut kollektivinin birgə əməyinin nəticəsi olan monoqrafiya 10 fəsildən ibarətdir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazisinin coğrafi mövqeyinin təbii şəraitə və sosial-iqtisadi inkişafa təsirini, müasir fiziki və iqtisadi-coğrafi problemlərini, eləcə də tədqiq tarixi və toponimikasını ətraflı işıqlandıran bu əsər fundamental və tətbiqi xarakter daşıyır.

Ərazidə demoqrafik inkişafın əsas meyilləri və regional xüsusiyyətlərin geniş təhlili, əhali sayının və təbii artımın dinamikasının faktiki rəqəmlərə əsaslandırılması, təsərrüfatın müasir vəziyyəti və perspektiv inkişaf istiqamətlərinin araşdırılması əsərin elmi əhəmiyyətini daha da artırır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11673.html