|
|
Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbçisinə şəhid statusu veriləcəkAzərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu veriləcək. Ahlibeyt.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, Babək Əliyev şəhid statusu alacaq. Qeyd edək ki, hərbi qulluqçusu Babək Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində əlak olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Avqust, 2022 09:00 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |