
Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu veriləcək.
Ahlibeyt.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, Babək Əliyev şəhid statusu alacaq.
Qeyd edək ki, hərbi qulluqçusu Babək Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində əlak olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.