|
Məşədi Dadaş məscidində Məhərrəm ayı münasibətilə keçirilən mərasimə inanclılar Azərbaycan bayrağı ilə qatılıblarBakıdakı "Məşədi Dadaş" məscidində Məhərrəm ayı münasibətilə keçirilən mərasimə inanclılar Azərbaycan bayrağı ilə qatılıblar. Ahlibeyt.az-ın xəbər verir ki, mərasimə qatılan dindar kəsim bu addımla Azərbaycanın Londondakı səfirliyinin binasına edilən təxribat hücuma cavab olaraq dövlətə dəstəyini nümayiş etdirib. Mərasimdə onlarla şəhid ailəsi də iştirak edib. Xatırladaq ki,avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Radikallar səfirliyin binasına qalxaraq Azərbaycan bayrağını endiriblər. Polisin keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılıb. Bayrağımız daha sonra yerinə bərpa olunub. Qeyd edək ki, Britaniyada qeydiyyatda olan “Mehdinin xidmətçiləri” təşkilatının mətbuat sözçüsü Hişam əl-Əsgər açıqlama yayaraq səfirliyə hücumu üzərinə götürüb. Qrupun lideri Kuveyt əsilli Yaser Əl-Həbibdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Avqust, 2022 08:21 ⁄ Çap
Bu bölmədə17 Avqust, 2022 Səfir: Britaniya Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək17 Avqust, 2022 QHT-lər ermənilərin Laçında ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib17 Avqust, 2022 “ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb |
Xəbər lenti
Səfir: Britaniya Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək
17 Avqust, 2022 15:54
QHT-lər ermənilərin Laçında ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
17 Avqust, 2022 11:48
17 Avqust, 2022 11:27
16 Avqust, 2022 11:15
16 Avqust, 2022 10:12
15 Avqust, 2022 09:46
|
© 2022 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |