6 Avqust, 2022
Məşədi Dadaş məscidində Məhərrəm ayı münasibətilə keçirilən mərasimə inanclılar Azərbaycan bayrağı ilə qatılıblar

Bakıdakı "Məşədi Dadaş" məscidində Məhərrəm ayı münasibətilə keçirilən mərasimə inanclılar Azərbaycan bayrağı ilə qatılıblar.

Ahlibeyt.az-ın xəbər verir ki, mərasimə qatılan dindar kəsim bu addımla Azərbaycanın Londondakı səfirliyinin binasına edilən təxribat hücuma cavab olaraq dövlətə dəstəyini nümayiş etdirib.

Mərasimdə onlarla şəhid ailəsi də iştirak edib.

Xatırladaq ki,avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Radikallar səfirliyin binasına qalxaraq Azərbaycan bayrağını endiriblər. Polisin keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılıb. Bayrağımız daha sonra yerinə bərpa olunub.

Qeyd edək ki, Britaniyada qeydiyyatda olan “Mehdinin xidmətçiləri” təşkilatının mətbuat sözçüsü Hişam əl-Əsgər açıqlama yayaraq səfirliyə hücumu üzərinə götürüb. Qrupun lideri Kuveyt əsilli Yaser Əl-Həbibdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11655.html