|
|
Azərbaycan Ordusunun şəhid olan əsgəri ilə vida mərasimi keçirilir - FOTOAzərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizi intensiv atəşə tutması nəticəsində şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlunun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmilli kəndinə gətirilib. Şəhid əsgərlə doğulduğu evdə keçirilən vida mərasimində yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir. Şəhid Anar Kazımov Qaracəmilli kənd qəbiristanlığında dəfn olunacaq. Anar Kazımov 4 ay əvvəl hərbi xidmətə yollanıb. Allah rəhmət etsin!
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Avqust, 2022 10:47 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |