4 Avqust, 2022
Azərbaycan Ordusunun şəhid olan əsgəri ilə vida mərasimi keçirilir - FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizi intensiv atəşə tutması nəticəsində şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlunun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmilli kəndinə gətirilib.

Şəhid əsgərlə doğulduğu evdə keçirilən vida mərasimində yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhid Anar Kazımov Qaracəmilli kənd qəbiristanlığında dəfn olunacaq.

Anar Kazımov 4 ay əvvəl hərbi xidmətə yollanıb.

Allah rəhmət etsin!

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11640.html