|
|
Bakıdan Füzuliyə yola düşən ilk sərnişin avtobusu mənzil başına çatıb
Bakı-Füzuli istiqamətində yola düşən ilk sərnişin avtobusu mənzil başına çatıb. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşkilatçılığı ilə bu gün ilk dəfə olaraq Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm avtobus reysi həyata keçirilib. Avtobus saat 7:00-da Bakı Beynəlxalq Avtovağzalından yola düşüb. Növbəti mərhələlərdə reyslərin sayı artırıla bilər. Sərnişinlər biletləri yolumuzqarabaga.az portalı vasitəsilə əldə edə bilərlər. Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 18 manat 40 qəpikdir. Reyslər həftədə 1 dəfə olmaqla şənbə günləri həyata keçiriləcək. Qeyd edək ki, biletlər yalnız iki tərəf üçün alına bilər. Bakıdan Füzuliyə 5 saat, geri qayıdış da 5 saat, Füzulidə isə 3 saat ziyarət üçün ayrılıb. Ümumilikdə ziyarət 13 saat təşkil edir. Füzulidə tarixi abidələr ziyarət olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2022 12:37 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |