
Bakı-Füzuli istiqamətində yola düşən ilk sərnişin avtobusu mənzil başına çatıb.
Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşkilatçılığı ilə bu gün ilk dəfə olaraq Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm avtobus reysi həyata keçirilib.
Avtobus saat 7:00-da Bakı Beynəlxalq Avtovağzalından yola düşüb.
Növbəti mərhələlərdə reyslərin sayı artırıla bilər. Sərnişinlər biletləri yolumuzqarabaga.az portalı vasitəsilə əldə edə bilərlər. Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 18 manat 40 qəpikdir. Reyslər həftədə 1 dəfə olmaqla şənbə günləri həyata keçiriləcək.
Qeyd edək ki, biletlər yalnız iki tərəf üçün alına bilər. Bakıdan Füzuliyə 5 saat, geri qayıdış da 5 saat, Füzulidə isə 3 saat ziyarət üçün ayrılıb. Ümumilikdə ziyarət 13 saat təşkil edir. Füzulidə tarixi abidələr ziyarət olunacaq.