|
Bakıda İƏT Gənclər və İdman Nazirlərinin Daimi Şurasının 3-cü iclası keçirilir - FOTOBakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin Daimi Şurasının 3-cü iclası keçirilir. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Prezidenti Taha Aydın jurnalistlərə açıqlamasında bildirib ki, iclasın mövzusu 2025-ci ilə qədər İslam Əməkdaşlıq Təşkilatı ölkələrində gənclik və idman sahəsində görüləcək işlərin nazirlər səviyyəsində müzakirəsi, bununla bağlı strategiyanın dəqiqləşdirilməsi və qərarların qəbuludur: "Daimi Gənclik və İdman komitəsinin üzvü olan Azərbaycan,Türkiyə, İran, İraq, Fələstin, Seneqal və Səudiyyə Ərəbistanından nazir və nazir müavinləri ilə birgə müzakirələr keçirilir. İclasa ev sahibliyi edən Azərbaycana, Azərbaycan Respublikası Prezidentinə, gənclər və idman naziri Fərid Qayıbova dərin minnətdarlığımızı bildiririk”, - deyə o əlavə edib. Qeyd edək ki, iclasın açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. İclasda ICYF-nin həyata keçirdiyi fəaliyyət və layihələrin hesabatı təqdim olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2022 10:34 ⁄ Çap
Bu bölmədə30 İyun, 2022 Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib29 İyun, 2022 İƏT ölkələrinin rəsmiləri Şuşaya səfər edib - FOTO29 İyun, 2022 Xaricdə təhsil üzrə müsahibələr davam edir29 İyun, 2022 Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub |
Xəbər lenti
30 İyun, 2022 07:00
29 İyun, 2022 19:16
29 İyun, 2022 18:45
29 İyun, 2022 08:20
27 İyun, 2022 13:39
|
© 2022 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |