23 İyun, 2022
Bakıda İƏT Gənclər və İdman Nazirlərinin Daimi Şurasının 3-cü iclası keçirilir - FOTO

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər və İdman Nazirlərinin Daimi Şurasının 3-cü iclası keçirilir.

Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Prezidenti Taha Aydın jurnalistlərə açıqlamasında bildirib ki, iclasın mövzusu 2025-ci ilə qədər İslam Əməkdaşlıq Təşkilatı ölkələrində gənclik və idman sahəsində görüləcək işlərin nazirlər səviyyəsində müzakirəsi, bununla bağlı strategiyanın dəqiqləşdirilməsi və qərarların qəbuludur:

"Daimi Gənclik və İdman komitəsinin üzvü olan Azərbaycan,Türkiyə, İran, İraq, Fələstin, Seneqal və Səudiyyə Ərəbistanından nazir və nazir müavinləri ilə birgə müzakirələr keçirilir. İclasa ev sahibliyi edən Azərbaycana, Azərbaycan Respublikası Prezidentinə, gənclər və idman naziri Fərid Qayıbova dərin minnətdarlığımızı bildiririk”, - deyə o əlavə edib.

Qeyd edək ki, iclasın açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. İclasda ICYF-nin həyata keçirdiyi fəaliyyət və layihələrin hesabatı təqdim olunub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11450.html