|
|
Azərbaycan silahları ilk dəfə olaraq, sənətkarlıq və incəsənət nümunələri kimi təqdim ediləcəkTarix Muzeyində unikal dekorativ tərtibatlı silahlardan ibarət sərgi açılacaqAhlibeyt.az-ın xəbərinə görə, bu barədə Milli Azərbaycan Tarixi Muzeyi məlumat yayıb: 28 iyun – 15 sentyabr 2022-ci il tarixlərində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgi keçiriləcək. Sərgidə 300 ədəd unikal, dekorativ tərtibatlı Azərbaycan silahları ilk dəfə olaraq, sənətkarlıq və incəsənət nümunələri kimi təqdim ediləcək. Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında Azərbaycan tarixinin müxtəlif səhifələrini əks etdirən silahlar xüsusi yer tutur. Muzeyin Silahlar və bayraqlar fondunda saxlanılan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Eyni zamanda bu silahlar yalnız sənətkarlıq əsərləri deyil, yüksək zövqlə hazırlanmış incəsənət nümunələridir.
!
Закрытая информация, только для зарегистрированных пользователей! Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2022 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |