23 İyun, 2022
Azərbaycan silahları ilk dəfə olaraq, sənətkarlıq və incəsənət nümunələri kimi təqdim ediləcək

Tarix Muzeyində unikal dekorativ tərtibatlı silahlardan ibarət sərgi açılacaq

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Milli Azərbaycan Tarixi Muzeyi məlumat yayıb:

28 iyun – 15 sentyabr 2022-ci il tarixlərində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgi keçiriləcək.

Sərgidə 300 ədəd unikal, dekorativ tərtibatlı Azərbaycan silahları ilk dəfə olaraq, sənətkarlıq və incəsənət nümunələri kimi təqdim ediləcək.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında Azərbaycan tarixinin müxtəlif səhifələrini əks etdirən silahlar xüsusi yer tutur.

Muzeyin Silahlar və bayraqlar fondunda saxlanılan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Eyni zamanda bu silahlar yalnız sənətkarlıq əsərləri deyil, yüksək zövqlə hazırlanmış incəsənət nümunələridir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11449.html