|
“Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilibMilli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda qəbul olunub. Ahlibeyt.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir: Azərbaycan Respublikasının Milli Məclisi qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. Mayın 28-i Müstəqillik Günü elan edilsin. Maddə 2. Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin. Maddə 3. Müstəqillik Günü və Müstəqilliyini Bərpası Günü hər il bayram kimi qeyd edilsin.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Oktyabr, 2021 12:50 ⁄ Çap
Bu bölmədə15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür |
Xəbər lenti
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |