
Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda qəbul olunub.
Ahlibeyt.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir:
Azərbaycan Respublikasının Milli Məclisi qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Mayın 28-i Müstəqillik Günü elan edilsin.
Maddə 2. Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin.
Maddə 3. Müstəqillik Günü və Müstəqilliyini Bərpası Günü hər il bayram kimi qeyd edilsin.