|
Azad olunmuş ərazilərin bərpasına xərclənən vəsait açıqlandıCari ilin ilk altı ayında ərzində dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə 372,1 milyon manatının maliyyələşdirilməsi təmin Ahlibeyt.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub. Məlumata görə, bu vəsaitdən avtomobil yollarının layihələndirilməsi, tikintisinə, yenidən qurulmasına, həmçinin dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə və digər kommunikasiya xətlərinin yenidən qurulması, layihələndirilməsi yönəldilib. Eyni zamanda Zəngilan rayonunun İkinci Ağalı kənd ərazisində “Ağıllı Kənd”-in layihələndirilməsi və tikintisinə üçün Kənd Təsrrüfatı Nazirliyinə 10,8 milyon manat vəsait yönəldilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Sentyabr, 2021 10:00 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |