|
|
“Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda konfransa məqalə qəbul olunurOktyabrın 14-də AMEA-nın Qafqazşünaslıq İnstitutunda keçiriləcək “Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda respublika elmi konfransına məqalə qəbul olunur. Ahlibeyt.az-ın xəbərinə görə,Qafqazşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfrans “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və problemləri”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri”, “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi”, “Beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri”, “Azərbaycan dövlətinin güc meyarları”, “Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq sistemində”, “İkinci Qarabağ müharibəsi və nəticələri”, “Prezident İlham Əliyev - görkəmli dövlət və siyasi xadim” bölmələrini əhatə edəcək. Konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 15-dək qafqazkonfrans1@gmail.com ünvanına göndərməlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Avqust, 2021 15:47 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür |
Xəbər lenti
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |