
Oktyabrın 14-də AMEA-nın Qafqazşünaslıq İnstitutunda keçiriləcək “Azərbaycan Respublikası 30 ildə: Cənubi Qafqazın güc mərkəzi” mövzusunda respublika elmi konfransına məqalə qəbul olunur.
Ahlibeyt.az-ın xəbərinə görə,Qafqazşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfrans “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və problemləri”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri”, “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi”, “Beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri”, “Azərbaycan dövlətinin güc meyarları”, “Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq sistemində”, “İkinci Qarabağ müharibəsi və nəticələri”, “Prezident İlham Əliyev - görkəmli dövlət və siyasi xadim” bölmələrini əhatə edəcək.
Konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 15-dək qafqazkonfrans1@gmail.com ünvanına göndərməlidir.