إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Namazı belə qılaq

Gündəlik beş namazın qılınması bütün müsəlmanlara vacibdir. Hər bir namazın öz vaxtı və qılınma qaydası var. Bundan başqa bütün namazların ortaq cəhətləri də mövcuddur.

Gündəlik beş namazın qılınması bütün müsəlmanlara vacibdir. Hər bir namazın öz vaxtı və qılınma qaydası var. Bundan başqa bütün namazların ortaq cəhətləri də mövcuddur.

Ümumi qaydalar

Namaz qılarkən insan təharətli olmalıdır: əgər qüsl ona vacib olubsa qüsl almalı, dəstəmazı pozulubsa – dəstəmaz almalıdır. Həmçinin bədəndə nəcis olmamalıdır.

Namaz qılınan paltar və yer murdar olmamalı, heç kəsdən qəsb olunmamalıdır. Namaz qılarkən üzü qibləyə (müqəddəs Kəbə evinə tərəf) durmaq lazımdır.

Namaz qılan şəxs, alnını üzərinə qoymaq üçün  qarşısına möhür qoyur. Möhür adətən İmam Hüseynin (ə) şəhid oluğu müqəddəs Kərbəla torpağından hazırlanır. Möhürdən başqa torpaqdan çıxan və dünya malı üçün istifadəyə yararsız istənilən bir əşya da istifadə oluna bilər, məsələn, daş, qum və s.

Namaz qılarkən kişi bədənin yalnız ayıb yerlərini örtməklə kifayətlənə bilər. Qadın isə üz və əlləri biləklərinədək istisna olmaqla bütün bədənini örtməlidir.

Gündəlik namaz beşdir:
1. Səhər gün çıxana kimi qılınan namaz (sübh)
2. Günorta namazı (zöhr)
3. Günorta namazından sonra və hava qaralana qədər qılınan namaz (əsr).
4. Axşam namazı (məğrib)
5. Gecə yarısına kimi qılınan namaz (işa)

Namazda vəziyyətlər

Gündəlik namazların sözlərinin hər birinin özünə uyğun bədən vəziyyəti var: qiyam, rüku, səcdə. Məsələn, “Fatihə” və “İxlas”  surələri ancaq qiyam halında, rükunun sözləri ancaq rüku halında deyilir. Bütün bu vəziyyətlərin bir dövrünə “rikət” deyilir. Yəni bir rikət bir qiyam, bir rüku və iki səcdədən ibarətdir. İkinci rikəti yerinə yetirmək üçün səcdədən durub həmin hərəkətləri təkrarlamaq lazımdır.

Sübh namazı 2 rikətdən, məğrib namazı 3 rikətdən, işa, zöhr və əsr namazları isə 4 rikətdən ibarətdir. Zöhr, əsr və işa namazları eyni qaydada qılınır, sadəcə niyyətləri fərqlidir.

 

Namazdan öncə azan və iqamənin deyilməsi çox bəyənilir, ancaq vacib deyil.

Namaz qılmağa başlayarkən vacibdir ki niyyət edilsin və təkbir deyilsin. Niyyətin mənası budur ki, insan gərək hansı namazı qıldığını və namazı Allah üçün qıldığını bilsin. Təkbir isə “Allahu əkbər” kəlməsinə deyilir.

Səcdə zamanı bədənin göstərilən üzvləri yerə dəyməlidir: alın, əllərin içi, dizlər, ayaqların baş barmaqları.

Bütün namazlar salamların deyilməsi ilə bitir.

Namazların qılınması qaydası

Namazların rikətləri ayrı-ayrı rənglərlə qeyd olunub. Qara rənglə - birinci rikət, qırmızı rənglə - ikinci rikət, göy rənglə - üçüncü rikət, yaşıl rənglə isə dördüncü rəkət göstərilib.

Sübh namazı

1. Niyyət
2. Təkbir
3. “Fatihə” və “İxlas” surələri
4. Rüku
5. Qiyam
6. Səcdə
7. Dizi üstə oturmaq
8. Səcdə
9. Dizi üstə oturmaq
10. Qiyam
11. “Fatihə” və “İxlas” surələri
12. Qunut
13. Qiyam
14. Rüku
15. Qiyam
16. Səcdə
17. Dizi üstə oturmaq
18. Səcdə
19. Dizi üstə oturmaq
20. Təşəhhüd
21. Salamlar

Məğrib namazı

1. Niyyət
2. Təkbir
3. “Fatihə” və “İxlas” surələri
4. Rüku
5. Qiyam
6. Səcdə
7. Dizi üstə oturmaq
8. Səcdə
9. Dizi üstə oturmaq
10. Qiyam
11. “Fatihə” və “İxlas” surələri
12. Qunut
13. Qiyam
14. Rüku
15. Qiyam
16. Dizi üstə oturmaq
17. Səcdə
18. Dizi üstə oturmaq
19. Təşəhhüd
20. Qiyam
21. Təsbihətül-ərbəə
22. Rüku
23. Qiyam
24. Səcdə
25. Dizi üstə oturmaq
26. Səcdə
27. Dizi üstə oturmaq
28. Təşəhhüd
29. Salamlar

Zöhr, əsr və işa namazları

1. Niyyət
2. Təkbir
3. “Fatihə” və “İxlas” surələri
4. Rüku
5. Qiyam
6. Səcdə
7. Dizi üstə oturmaq
8. Səcdə
9. Dizi üstə oturmaq
10. Qiyam
11. “Fatihə” və “İxlas” surələri
12. Qunut
13. Qiyam
14. Rüku
15. Qiyam
16. Dizi üstə oturmaq
17. Səcdə
18. Dizi üstə oturmaq
19. Təşəhhüd

20. Qiyam
21. Təsbihətül-ərbəə
22. Rüku
23. Qiyam
24. Səcdə
25. Dizi üstə oturmaq
26. Səcdə
27. Dizi üstə oturmaq
28. Qiyam
29. Təsbihətül-ərbəə
30. Rüku
31. Qiyam
32. Səcdə
33. Dizi üstə oturmaq
34. Səcdə
35. Dizi üstə oturmaq
36. Təşəhhüd
37. Salamlar

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Noyabr, 2009  01:00 Çap

Bu bölmədə

6 Oktyabr, 2011
Gecə namazı

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!