|
Diaspor Könüllüləri və “Karabakh is Azerbaijan!” platforması soydaşlarımızı “YAŞAT” marafonunda fəal iştiraka çağırırDünya azərbaycanlılarını Azərbaycan Diasporuna Dəstək Fondunun və “YAŞAT”" Fondunun birgə təşkil etdiyi “YAŞAT” xeyriyyə marafonunda fəal iştiraka səsləyən tanınmış şəxslərin və ictimai təşkilatların əhatə dairəsi genişlənməkdədir. Ahlibeyt.az-ın xəbərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə dəstək məqsədilə keçirilən xeyriyyə marafonuna diqqəti cəlb edən qüvvələrdən biri də Azərbaycan Diaspor Könüllüləri və “Karabakh is Azerbaijan!” platformasının fəallarıdır. Könüllülər marafonun sosial media şəbəkələrində təbliği istiqamətində genişmiqyaslı fəaliyyət göstərirlər. Diaspor Könüllüləri və “Karabakh is Azerbaijan!” platformasının fəalları instaqram, tvitter, teleqram, feysbuk sosial media şəbəkələrində müxtəlif profillər, qruplar, səhifələr üzərindən marafonda iştiraka çağırışla bağlı yüzlərlə paylaşım ediblər. Azərbaycan Diaspor Könüllüləri ilə iş üzrə koordinator Bəxtiyar Rəhimov bildirib ki, gənclərin təbliğat fəaliyyəti marafon başa çatanadək davam edəcək. “Çalışacağıq ki, bütün dünyada yaşayan soydaşlarımız “YAŞAT” xeyriyyə marafonu haqqında məlumatlı olsun və bizə qələbəni yaşadanların yaşadılmasına töhfəsini versin”, - deyə o qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2021 12:01 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |