19 May, 2021
Diaspor Könüllüləri və “Karabakh is Azerbaijan!” platforması soydaşlarımızı “YAŞAT” marafonunda fəal iştiraka çağırır

Dünya azərbaycanlılarını Azərbaycan Diasporuna Dəstək Fondunun və “YAŞAT”" Fondunun birgə təşkil etdiyi “YAŞAT” xeyriyyə marafonunda fəal iştiraka səsləyən tanınmış şəxslərin və ictimai təşkilatların əhatə dairəsi genişlənməkdədir.

Ahlibeyt.az-ın xəbərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə dəstək məqsədilə keçirilən xeyriyyə marafonuna diqqəti cəlb edən qüvvələrdən biri də Azərbaycan Diaspor Könüllüləri və “Karabakh is Azerbaijan!” platformasının fəallarıdır. Könüllülər marafonun sosial media şəbəkələrində təbliği istiqamətində genişmiqyaslı fəaliyyət göstərirlər. Diaspor Könüllüləri və “Karabakh is Azerbaijan!” platformasının fəalları instaqram, tvitter, teleqram, feysbuk sosial media şəbəkələrində müxtəlif profillər, qruplar, səhifələr üzərindən marafonda iştiraka çağırışla bağlı yüzlərlə paylaşım ediblər.

Azərbaycan Diaspor Könüllüləri ilə iş üzrə koordinator Bəxtiyar Rəhimov bildirib ki, gənclərin təbliğat fəaliyyəti marafon başa çatanadək davam edəcək. “Çalışacağıq ki, bütün dünyada yaşayan soydaşlarımız “YAŞAT” xeyriyyə marafonu haqqında məlumatlı olsun və bizə qələbəni yaşadanların yaşadılmasına töhfəsini versin”, - deyə o qeyd edib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11130.html