|
|
Quran oxumağı öyrənmək istəyənlər üçün yeni dərs vəsaiti hazırlanıb"Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran" adlı yeni kitab işıq üzü görüb. Kitab Qurani-Kərimi oxumağı öyrənmək istəyənlər üçün dərs vəsaiti olaraq nəzərdə tutulub. Ahlibeyt.az-ın xəbərinə görə, Qafqaz Müsəlmaları İdarəsinin (QMİ) məlumatında bildirilir ki, kitabın müəllifi QMİ-nin Xarici əlaqələr şöbəsinin rəhbəri Vüsal Cahangiridir. Sadədən mürəkkəbə sistematik şəkildə tərtib olunmuş kitabda bütün izah və şərhlər asanlıqla anlaşılan dildə verilib. Bunun sayəsində kitab olduqca rahat oxunur və istənilən yaş qrupu üçün uyğundur. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin xeyir-duası ilə nəşr olunmuş kitabın məsləhətçiləri QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev və QMİ sədrinin müavini Fuad Nurullayevdir. Kitabın redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir. Kitab Quran oxumağı öyrənmək istəyənlərə pulsuz təqdim olunur. Kitabı əldə etmək istəyənlər Qafqaz Müsəlmanları İdarəsinə, birbaşa müəllifin özünə müraciət edə bilərlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 May, 2021 13:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |