5 May, 2021
Quran oxumağı öyrənmək istəyənlər üçün yeni dərs vəsaiti hazırlanıb

"Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran" adlı yeni kitab işıq üzü görüb. Kitab Qurani-Kərimi oxumağı öyrənmək istəyənlər üçün dərs vəsaiti olaraq nəzərdə tutulub.

Ahlibeyt.az-ın xəbərinə görə, Qafqaz Müsəlmaları İdarəsinin (QMİ) məlumatında bildirilir ki, kitabın müəllifi QMİ-nin Xarici əlaqələr şöbəsinin rəhbəri Vüsal Cahangiridir.

Sadədən mürəkkəbə sistematik şəkildə tərtib olunmuş kitabda bütün izah və şərhlər asanlıqla anlaşılan dildə verilib. Bunun sayəsində kitab olduqca rahat oxunur və istənilən yaş qrupu üçün uyğundur.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin xeyir-duası ilə nəşr olunmuş kitabın məsləhətçiləri QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev və QMİ sədrinin müavini Fuad Nurullayevdir. Kitabın redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir.

Kitab Quran oxumağı öyrənmək istəyənlərə pulsuz təqdim olunur. Kitabı əldə etmək istəyənlər Qafqaz Müsəlmanları İdarəsinə, birbaşa müəllifin özünə müraciət edə bilərlər.

1

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11079.html