|
Türkiyədə Ramazan ayının ilk 2 həftəsi “Covid-19”la bağlı məhdudlaşma tədbirləri sərtləşdiriləcəkTürkiyədə Ramazan ayının ilk iki həftəsi küçəyə çıxmaq qadağası axşam saat 19:00-dan tətbiq olunacaq. Ahlibeyt.az-ın TrtAzərbaycan-a istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet yığıncağından sonra ictimaiyyətin maraqla gözlədiyi mövzularla bağlı məlumatlar verərək deyib: “Türkiyə görülən tədbirlərlə epidemiyanın mənfi təsirlərini azaltmada ölkələr arasında mühüm yer turur. Hər fürsətdə tədbirləri yumşaldaraq normallaşma müddətinə keçirik. Ümumi peyvənləmədə 19 milyon rəqəmlə dünyada ilk sıralardayıq. Ancaq son yoluxma və vəfat sayı bizi istər-istəməz tədbirləri sərtləşdrimək məcburiyyətində qoyur. Çoxu Ramazan ayı ilə başlayan silsilə tədbirlərə başlayır, ilk iki həftədə tədbirləri sərtləşdirərək qismən bağlanma tətbiqinə keçirik. Peyvənd ölüm və yoluxma sayını salmaqda kömək edir. Həftə sonları küçəyəçıxma məhdudlaşdırması davam edəcək. Həftəiçi küçəyə çıxma məhdudlaşdırma saatları 19:00-dan - 05:00-a qədərdir. 65 yaş üstü və 20 yaş altında olanlara şəhərlərarası səyahət məhdudlaşdırmasını yenidən gətiririk. Cəmiyyətdə məhdud iş rejimi yenidən tətbiq olunacaq. Şərtləri uyğun olan xüsusi sektor firmaları da bu şəkildə fəliyyət göstərəcək. Təhsildə imtahan prosesində olan 8 və 12-ci siniflər ilə məktəbəqədərki qurumlarından başqa, bütün şagird və tələbələr virtual təhsili davam etdirəcək. Restoran və bənzər iş yerləri Ramazan boyu yalnız paketsifariş xidməti yerinə yetirəcək. Dövlət və ictimai qurumlarda saat 16.00-da bitəcək şəkildə məhdud iş rejimi yenidən başlayacaq. Dövlət və ictimai qurumlarda çalışan xroniki xəstəliyi olanlar, himayəsində qayğıya ehtiyacı olanlar və 10 yaşdan aşağı uşağı olan qadın işçilər inzibati icazəli sayılacaq. Kafe, kitabxana, çay evləri, idman salonu və bənzəri yerlər fəaliyyətlərinə bayram sonuna qədər ara verəcək. İstirahət mərkəzləri, evlərdə kütləvi iftar və kütləvi mərasimlər olmayacaq. Otellər yalnız öz müştəriləriylə məhdudlaşdırılmış şəkildə xidmət verə biləcək. Toy, nişan, xına, nikah və ümumi yığıncaqlarla bağlı fəaliyyətlərin hamısı bayramdan sonraya qədər təxirə salınır. Bütün bu tədbirlər 14 apreldən tətbiq ediləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2021 10:39 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |