|
|
Dini icma rəhbərləri Ağdamda - VİDEOAzərbaycandakı dini konfessiyaların rəhbərlərinin Ağdama səfərə gəlib. Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, səfər çərçivəsində dini konfessiyaların rəhbərləri Ağdamda İmarət adlanan ərazidə dağıdılan, məhv edilən Azərbaycan abidələri ilə yerindəcə tanış olurlar.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və dini icma rəhbərləri birinci Qarabağ müharibəsində şəhid olan hərbçilərin məzarlarını ziyarət ediblər.
Milli Qəhrəman Allahverdi Bağırov, Əlabbas İsgəndərov və digər şəhidlərin qəbrini ziyarət edib, onların ruhuna dualar oxuyublar.
Səfər çərçivəsində Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri Ağdamın Cümə məscidini ziyarət ediblər. QMİ sədri və dini icma rəhbərləri ibadət edib, məsciddə namaz qılıblar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyublar.
Qeyd edək ki, QMİ sədri Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər. 1.VİDEO
2.VİDEO
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Aprel, 2021 13:34 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |