
Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Ağdama səfərə gəlib.
Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, səfər çərçivəsində dini konfessiyaların rəhbərləri Ağdamda İmarət adlanan ərazidə dağıdılan, məhv edilən Azərbaycan abidələri ilə yerindəcə tanış olurlar.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və dini icma rəhbərləri birinci Qarabağ müharibəsində şəhid olan hərbçilərin məzarlarını ziyarət ediblər.
Milli Qəhrəman Allahverdi Bağırov, Əlabbas İsgəndərov və digər şəhidlərin qəbrini ziyarət edib, onların ruhuna dualar oxuyublar.
Səfər çərçivəsində Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri Ağdamın Cümə məscidini ziyarət ediblər. QMİ sədri və dini icma rəhbərləri ibadət edib, məsciddə namaz qılıblar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyublar.
Qeyd edək ki, QMİ sədri Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər.
1.VİDEO
2.VİDEO